"Coca-Cola" 130 illik şirkət ənənəsini pozur. Belə ki, kompaniya tarixində ilk dəfə alkoqollu içki istehsal edəcək. Yeni məhsul ilk növbədə Yaponiya bazarı üçün nəzərdə tutulub.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu barədə "Financial Times" yazıb.
Kompaniya meyvə dadları ilə alkoqollu içki bazarına daxil olmağı planlaşdırır. Məsələn, Yaponiyada "Chu-Hi" adlı müxtəlif meyvə dadında alkoqollu içkilər istehsal edilir. Onlar adıçəkilən bazarda məşhurdur və özündə 3%-dən 8%-ə qədər alkoqol saxlayır. "Strong Zero", "Highball Lemon" və "Slat" şirkətin rəqibləri sırasında olan brendlər olacaq.
"Coca-Cola" Yaponiya üzrə prezidenti Jorge Gardunu deyib ki, biz əvvəllər tərkibində daha az alkoqol olan məhsulları təcrübədən keçirtməmişik: "Belə həmlənin əsas səbəbi odur ki, kompaniya öz istiqamətlərinin xaricində yeni imkanlar axtarır".
Qeyd edilir ki, başqa ölkələrdə hələ ki, belə bir məhsulun istehsal edilməsi nəzərdə tutulmayıb.