Qadin.NET / Əziz Nesinin "Qum qalalar" kitabı təqdim olunacaq!

Əziz Nesinin "Qum qalalar" kitabı təqdim olunacaq!

Əziz Nesinin "Qum qalalar" kitabı təqdim olunacaq!

Qadin.Net xəbər verir ki, facebook sosial şəbəkəsinin ən böyük kitab qrupu -Kitabsevərlər İçərişəhər BookHouse & Cafe və Kitabevim.az Kitab Evinin dəstəyi ilə Əziz Nesinin "Qum qalalar" kitabını ana dilimizdə nəşr edib. 

Kitabsevərlər qrupunun adminləri Fariz Bayramov və Səbuhi Şahmursoy bildirirlər ki, təqdimat günü satılan hər iki kitab ucqar kəndlərdə yaşayan balaca oxuculara bir hədiyyə kitabı qazandıracaq.

"Bu kampaniya üçün məşhur türk yazıçısı Əziz Nesinin uşaqlar üçün yazdığı 15 hekayədən ibarət olan “Qum qalalar” kitabını çap etdirmişik.
Uşaqların əzmli olmağı, ümidsizliyə qapılmamağı və xəyallarının arxasıyca getməyi üçün çox faydalı, ibrətamiz hekayələrdən ibarət olan bu kitabı təkcə uşaqların yox, həm də böyüklərin oxumağında fayda var."-deyə Fariz Bayramov açıqlama verib. 

Kampaniyaya dəstək olmaq, uşaqlara hədiyyə qazandırmaq istəyənlər aprelin 1-1 saat 14:00-da Kitabevimaz kitab evinə dəvətlidir.  Giriş sərbəstdir.

Hədiyyələr bu rayonlara göndəriləcək :Tərtər, Beyləqan, İmişli, Şəmkir, Astara, Yardımlı, Ağcabədi, Cəlilabad. 

Qeyd edək ki, "Qum qalalar" kitabı qrupun nəşr etdirdiyi 19-cu kitabdır. 


9 mart 2018
GO BACK