Hollivud ulduzu Cessika Alba 18 ildən sonra yenidən seriala çəkilir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, dekabrın 31-də 3-cü dəfə ana olan aktrisa "Pis oğlanlar" ("Bad boys") adlı ekran işi ilə tamaşaçı qarşısına çıxacaq.
Cessikanın serialda tərəf müqabili Qabriel Yunion olacaq.
Qeyd edək ki, Alba sonuncu dəfə 2000-ci ildə "Qara mələk" ("Dark angel") serialında oynayıb.
Xatırladaq ki, Keş Uorrenlə ailəli olan Cessikanın 10 yaşlı Onor Mari, 7 yaşlı Heven Qarner adlı iki qızı və 3 aylıq Xayyes adlı oğlu var.