Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Aysel Məmmədova (Aisel) “X my heart” mahnısına çəkilən klipi nəhayət ki, təqdim olunub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, “X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.
Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.