ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtində yaşayan 37 yaşlı Codi Avirqanın kiçik qızı sosial şəbəkələrin yeni ulduzudur.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, C.Avirqan qızının fotosunu Twitter-dəki profilində paylaşaraq yazmışdı: "Qızım həyatında ilk dəfə pissanın dadına baxdı".
Fotoda əllərini yuxarpı qaldıran və həzz aldığı aşkar görünən kiçik qız təsvir olunub.
Foto çox qısa zamanda 50 min dəfə retvit edilib, 210 min dəfə bəyənilib və 2 mindən artıq şərh alıb.