Qadin.NET / Tanınmış aktrisa ölmüş itini klonlaşdırdı - FOTO

Tanınmış aktrisa ölmüş itini klonlaşdırdı - FOTO

Tanınmış aktrisa ölmüş itini klonlaşdırdı - FOTO


Məşhur amerikalı müğənni və aktrisa Barbra Streyzand ölmüş köpəyi Samantanı iki dəfə klon etdirib.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, koton-de-tulear cinsindən olan Samanta 2017-cü ildə, 14 yaşında ölmüşdü. Ölümündən az əvvəl köpəyin ağzından və mədəsindən hüceyrələr götürülmüşdü. Sonradan həmin hüceyrələr klon edilmiş, iki küçük böyüdülmüşdü.

75 yaşlı aktrisa həmin küçükləri Miss Vayolet və Miss Skarlett adlandırmışdı.

Streyzandın evində üçüncü, Miss Fenni adlı it də var. Həmin it Samantanın "qohumu"dur.

B.Streyzand köpəkləri Miss Vayolet və Miss Skarletti heyvan məzarlığına aparıb, orada foto çəkərək "Ananın məzarına baxarkən" yazısı ilə İnstagram-dakı profilində paylaşıb.

Tanınmış aktrisa ölmüş itini klonlaşdırdı - FOTO

Tanınmış aktrisa ölmüş itini klonlaşdırdı - FOTO

Tanınmış aktrisa ölmüş itini klonlaşdırdı - FOTO


6 mart 2018
GO BACK