Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Qadin.Net trend-ə istinadən bildirir ki, iclasda "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.