Qadin.NET / Bakılı kolleksiyaçı Türkiyə KİV-in marağını çəkib

Bakılı kolleksiyaçı Türkiyə KİV-in marağını çəkib

Bakılı kolleksiyaçı Türkiyə KİV-in marağını çəkib


Azərbaycanlı kolleksiyaçı Ramiz Əliyevin mindən çox fərqli növdə saatdan ibarət kolleksiyası Türkiyə mətbuatının marağına səbəb olub.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında azərbaycanlı kolleksiyaçı Ramiz Əliyevin mindən çox fərqli növdə saatdan ibarət kolleksiyasından reportaj hazırlayıblar.Bakının Maştağa kəndində yaşayan 64 yaşlı Əliyevin evindəki saat kolleksiyası muzeyi xatırladır. Atasının saat təmirçisi olmasından dolayı saatlara maraq göstərməyə başlayan Ramiz Əliyevin saatlara olan sevdası kolleksiyaya çevrilib. Ramiz Əliyevin kolleksiyasında 1800-cü illərdən qalma və özündə tarixi xüsusiyyətlər daşıyan saatlarla yanaşı masa, divar, cib və şüşəli saatlar da diqqət çəkir.Bir santimetrdən iki metrə qədər fərqli ölçülərdə saatların yer aldığı kolleksiyanın yerləşdiyi otaq, hər saat başı saatların çıxardığı səslərlə əks-səda verir. Evdə olduğu zamanın əksəriyyətini bu otaqda keçirən kolleksiyaçı pozulan saatların təmir və bərpasını özü edir. Kolleksiyanı hələlik yalnız qohumları və qonaqları görür.Kolleksiyaçı Almaniya, Fransa, İsveçrə, Rusiya, Yaponiya, ABŞ və başqa ölkələrdə istehsal olunan müxtəlif növ və xüsusiyyətlərə sahib saatlarının olduğunu bildirib:“Hər saatın özünəməxsus və fərqli səsi var. Tarixi saatın səsini dinləyəndə keçmişə qayıdıram. Müasir saatın səsini eşidəndə bu günü hiss edirəm. Hər saatın səsi öz zamanının səsini xatırladır. Bütün saatların mexanizmlərini tək-tək bilirəm. Kolleksiyam gələcək nəsillərə məndən xatirə qalacaq".Kolleksiyaçı kolleksiyanı daha da böyütməyi və gerçək bir muzeyə çevirməyi planlaşdırır.

4 mart 2018
GO BACK