Qadin.Net bildirir ki, Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda mülayim, yağmursuz hava şəraiti müşahidə ediləcək, cənub-qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu 11-16, Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.
G.Məmmədova gözlənilən temperaturun mart üçün xarakterik olduğunu, əvvəlki illərin mart ayında bundan da yüksək temperaturların qeydə alındığını söyləyib.
Qeyd dək ki, ETSN bu gün havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 9-14, bəzi yerlərdə hətta 18, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti isti olacağı barədə proqnoz verib.