Britaniyanın taxt-tacının vərəsələrindən olan Şahzadə Harri və Amerika aktrisası Meghan Marklenin may ayındakı toyuna sadə xalqdan da qonaqlar dəvət edilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, mayın 19-da baş tutacaq toya sadə xalqdan 2640 nəfər dəvət edilib.
Bununla bağlı verilən açıqlamada bildirilib ki, həmin şəxslər gəlinlə bəyin gəliş-gedişini, eyni zamanda qonaqların saraya gəlmələri və keçid mərasimini izləyə biləcək.
Açıqlamada o da vurğulanır ki, cütlük İngiltərənin dörd bir yanından krallıq təmsilçiləri tərəfindən seçiləcək güclü, liderlik göstərmiş və cəmiyyətə xidmət etmiş 1200 gəncin də dəvətlilər siyahısına daxil edilməsini istəyib.