Dünyada ən böyük mobil rabitə operatorlarından biri olan "Vodafone" şirkəti 2019-cu ildə Ayda "4G" mobil rabitə şəbəkəsi yaratmağı planlaşdırır.
Məlumata görə, lazımi infrastruktur Berlində fəaliyyət göstərən "PTScientists" şirkəti tərəfindən "Falcon 9" raketinin köməyi ilə Aya ilk özəl uçuş zamanı çatdırılacaq.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, raketin "Nokia"nın telefon dirəklərini Aya aparmasına kömək edəcəyi, həmçinin "Vodafone" şirkəti tərəfindən təmin edilmiş siqnalın isə Ayın səthindən yüksək dəqiqlikli videomateriallar ötürəcəyinə imkan yaradacağı güman edilir.
Bundan başqa, mobil şəbəkə "Audi" şirkətinin iki lunoxodu, həmçinin baza rolunu oynayan və ay enmiş "ALINA" ("Autonomous Landing and Navigation Module") kosmik gəmisi arasında əlaqəni təmin edəcək.