ABŞ-ın Kaliforniya ştatında yaşayan Cefferson Emilson məşqlər və pəhriz sayəsində 34 kq arıqlayıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, o, Reddit servisində izafi çəkili vəziyyətdə və arıqlayandan sonrakı fotolarını paylaşıb.
"Çoxlu çəki, kədər və sifətimdəki tükləri itirdim. Və həyata yeni baxışlarla baxdım. Unutmayın ki, özünüzü sevməlisiniz", - Ceff yazıb.
Ceffin fotoları qısa müddətdə 110 min dəfə bəyənilib, 6229 dəfə paylışılıb.
İstifadəçilərin yazdıqlarına görə, o, "Şrek idi, dəyişib Disney şahzadəsi olub".
Ceffin yazdığına görə, şirniyyat və fast-fuddan imtina edib, yoqa və ev məşqləri ilə məşğul olur, habelə spirtli içkiləri unudub.
Bu minvalla 110 kq çəkili Ceff 6 aya 34 kq arıqlayıb.