Avstraliyalı Sara Tohi təyyarədə oturacağın təhlükəsizlik kəmərini böyük çəkisindən dolayı bağlaya bilmədiyi üçün utanmışdı. O, daha bir kəmər istəsə də, iki kəmər onun belinə gəlməmişdi.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, insident 2014-cü ildə, "Tiger Airways" aviaşirkətinin risben-Melburn reysi ilə uçan təyyarəsində yaşanmışdı.
Avstraliyanın Kuinslend əyalətindəki Loqanholm şəhərinin sakini, 150 kq çəkisi olan Sara təyyarədə körpə qızını yemləmək istəyirdi. İki kəmər də belinə çatmadığından üçüncü kəməri istəyəndə o, stüardessanın qəzəbli baxışları ilə qarşılaşıb. Sərnişinlər də gülürdülər.
"O anda çox utandım. Mütləq arıqlamaq qərarına gəldim. Çox pis idi. Özümü yaramaz ana kimi hiss etdim. Hamı mənə elə baxırdı ki, hönkürüb ağlamaq istəyirdim", - Sara deyib.
Həmin olaydan 5 gün sonra Sarra Tohi idman zalına abonoment alıb, pəhriz saxlamağa başlayıb. 3 ildə o, 95 kq arıqlayıb. İndi onun çəkisi 54 kiloqramdır.
"Əvvəllər gündə 3 litr Coca-Cola içirdim, 40 siqaret çəkirdim. Elementar işləri görə bilmirdim. Kətil və stullar çəkimə dözməyib sınırdı. Yemək daxilimdəki boşluğu doldururdu. Yeməklə emosiyalarımı yeyirdim", - Sara söyləyib.
Sara indi həftədə 5 gün məşq edir. O, "Zumba" fitnes zalında təlimatçı işləyir.