“Barselona”nin ulduz hücumçusu Lionel Messi bu dəfə yaşıl meydanlardan kənarda gündəmə gəlib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, argentinalı ulduzun evinin üzərindən təyyarə uçmasının qadağan olunduğu iddia edilib.
İddia “Vueling” hava yolları şirkətinin prezidenti Xayver Sançes- Prieto tərəfindən ortaya atılıb. İspaniyanın “Marca” qəzetinə müsahibə verən prezident dünyanın başqa heç bir yerində belə bir qanunun olmadığını vurğulayıb.