Qadin.NET / Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib

Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib

Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib


Son dövrlərdə, təxminən son 20-30 il ərzində Azərbaycanda builki kimi mülayim qış keçməyib.

 Qadin.Net bildirir ki, bunu özəl olaraq trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Builki qışın əvvəlki illərlə müqayisədə xeyli mülayim keçdiyini söyləyən M.Həsənov əlavə edib ki, bu hal ölkə ərazisində cənub və cənub-şərqdən gələn hava kütlələrinin üstünlük təşkil etməsi ilə izah oluna bilər. Bu tropik hava kütlələri Azərbaycana Ərəbistan yarımadası və Şimali Afrikadan daxil olub:

"Belə hava kütlələri hər ilin qış aylarında Azərbaycana daxil olub. Lakin bu il daha çox daxil olub. Bunun səbəbini tam olmasa da, müəyyən qədər iqlim dəyişmələri ilə izah etmək olar".

M.Həsənov qeyd edib ki, son dövrlərdə ilk dəfə olaraq bu il qışın mülayim keçməsi əsasən Bakı və Abşeron yarımadasına aiddir:

"Amma bu il rayonlarımızda da sərt qarlı və şaxtalı hava müşahidə edilmədi. Bu il yağan qar da ötən ildəkindən azdır".

M.Həsənov əlavə edib ki, bu qış mövsümündə - dekabr, yanvar, fevral aylarında Bakıda və Abşeron yarımadasında havanın temperaturu normadan 1-2 dərəcə yüksək olub.

2 mart 2018
GO BACK