Böyük Britaniya son 27 ilin ən soyuq qışını yaşayır. Bu həftə ölkədə havanın orta temperaturunun -12 dərəcəyədək enəcəyi, 20 sm qalınlığında qar yağacağı gözlənilir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Met Office-dən verilən məlumata görə, 1991-ci ilin qışından bəri Albionda belə soyuq günlər olmamışdı.
Meteoroloqlar isə Britaniyaya doğru Emma tsiklonunun hərəkət etdiyini vurğulayırlar. Həftəsonunadək İngiltərədə, Şotlandiyada və Şimali İrlandiyada havalar daha da soyuyacaq.
Havaların soyuması ilə bağlı olaraq supermarketlərdə ərzaq məhsulları və gündəlik tələbat mallarının satışları dəfələrlə artıb. İrlandiyada ərzaq dükanlarında uzun növbələr var. Süd və çörək çatışmazlığı yaranıb.