Qadin.NET / Merayya Keri arıqlığı ilə diqqət çəkir-FOTO

Merayya Keri arıqlığı ilə diqqət çəkir-FOTO

Amerikalı müğənni Merayya Keri medianın diqqətindən iki ay kənar qalandan sonra yenidən gündəmə gəlib.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, 47 yaşlı müğənni ABŞ-ın Los-Anceles şəhərindəki "The Reserve" gecə klubunda dünyaca məşhur boksçu Floyd Meyvezerin təşkil etdiyi ad günü ziyafətinə yollanıb.

"The Reserve" gecə klubunda M.Kerrini 34 yaşlı sevgilisi Brayan Tanaka müşayiət edirdi.

2015-ci ildə sabiq əri, avstraliyalı milyarder Ceyms Parkerin hədiyyə etdiyi 700 min dollarlıq brilyant kolye və sırğalarla klubda peyda olan M.Kerinin xeyli arıqladığı göz önündə idi.

Bir müddət əvvəl kökələn M.Kerinin çəkisi 120 kq-a çatmışdı.

Bu arada bəlli olub ki, M.Keri Beverli-Hillsdə lüks villanı kirayəyə götürüb. 8 yataq otaqlı villa üçün müğənni ayda 35 min dollar ödəyir.

Sözügedən villada əvvəllər reper Niki Minaj qalırdı.

Merayya Keri arıqlığı ilə diqqət çəkir-FOTO

Merayya Keri arıqlığı ilə diqqət çəkir-FOTO

Merayya Keri arıqlığı ilə diqqət çəkir-FOTO


1 mart 2018
GO BACK