Qadin.NET / Apple bu sistemin istifadəsini dayandırdı

Apple bu sistemin istifadəsini dayandırdı

Apple bu sistemin istifadəsini dayandırdı


Ayfon modelləri istehsal edən "Əpl" şirkəti cari ilin may ayının 25-dən etibarən “iTunes Store” onlayn mağazasının “Windows XP” və “Vista” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərlə yanaşı, birinci nəsil “Apple TV” qurğularında da fəaliyyətin dayandırılması haqqında sənəd dərc edilib. Təhlükəsizlik yeniləmələri ilə əlaqədar çap olunan sənəddə bu sistemlərdən imtina ediləcəyi qeyd olunub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, "Əpl" şirkəti may ayının 25-dən köhnə kompüterlərin “iTunes Store” onlayn mağazasından istifadəsinin qarşısını alacaq. Şirkət nümayəndələrinin sözlərinə görə, istifadəçilər kompüterlərində “iTunes” proqramından “Əpl” və “iTunes Store” dəstəyi olmadan da funksiyalardan yararlana biləcəklər.


Bundan başqa, mayın 25-dən etibarən, həmçinin təhlükəsizlik dəyişiklikləri ilə əlaqədar birinci nəsil “Apple TV” qurğularında “iTunes Store” onlayn mağazasından istifadə qeyri-mümkün olacaq. Qurğu köhnəlmiş “Əpl” məhsulu olduğuna görə, təhlükəsizlik dəyişikliklərinin dəstəklənməsi üçün yenilənməyəcək.

Dəyişikliklərdən sonra ikinci nəsil “Apple TV” qurğularında və daha sonrakı modeldə “iTunes Store” mağazasından istifadə mümkün olacaq.

28 fevral 2018
GO BACK