Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Formasına əlavənin cədvəlində dəyişikliklər edilib.
Qadin.Net report-a istinadən xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadətərəfindən imzalanıb.
Dəyişikliyə görə, siyahıdan yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, şöbə müdiri, şöbə müdirinin müavini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini vəzifələri çıxarılıb.