Azərbaycan Respublikası ərazisində 4,3 maqnituda gücündə zəlzələ baş verib.
Qadin.Net report-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:03-də Xınalıqdan 17 km şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin ocağı yerin 36 km. dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.