Qadin.NET / Şridevinin ölüm səbəbi açıqlandı-FOTO

Şridevinin ölüm səbəbi açıqlandı-FOTO

Hindistan kinematoqrafının ən məşhur aktrisası, Bollivudun əfsanəsi Şridevinin ölüm səbəbi açıqlanıb.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Jumeirah Emirates Towers" otelinin nömrəsində keçinmiş 54 yaşlı aktrisanın qanında alkoqol aşkarlanıb.

O, vannada çimərkən boğulub.

Dubay şəhər polisindən verilən məlumata görə, məhkəmə-tibb ekspertləri ölümü araşdırırlar.

Şridevi karyerası ərzində 256 filmə çəkilib. O, hindi, tamil, teluqu və malayalam dillərindəki lentlərdə baş rollarda oynayıb.

Dubaya əri, prodüser Boni Kapur, habelə qızları Canvi və Huşi ilə birlikdə bacısı oğlu Mozita Marvaşın toyuna yollanmış Şridevinin toydakı rəqs videosu da yayılıb.

"Toyu müvəqqəti tərk edib otelə yollanmışdıq. Nömrəyə qalxdıq. Şridevi çimmək istədiyini dedi və vanna otağına girdi. Mən də ayaqyoluna getdim. 15 dəqiqə sonra vanna otağının qapısını döyəndə səs gəlmədi. Onu çağırdım, qışqırdım - cavab yoxdu. Narahat oldum, vanna otağının qapısını sındırdım. Şridevi vannada uzanmışdı, ölmüşdü", - Boni Kapur deyib.

Şridevinin nəşi gələn həftənin bazar ertəsi Hindistana göndəriləcək.

O, doğulduğu və yaşadığı Mumbay şəhərində dəfn olunacaq.

Artıq iki gündür ki, Hindistanın məşhur sənətçiləri, siyasətçiləri, dövlət adamları, habelə aktrisanın minlərlə fanatı Şridevinin Mumbaydakı ailə evinə axın edirlər.

Şridevinin ölüm səbəbi açıqlandı-FOTO


28 fevral 2018
GO BACK