Qadin.NET / Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO

Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO

Hindistanın Barsana şəhərində dünyaca məşhur "Latmar Holi" bayramı başlanıb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, "Latmar Holi" hinduizmdə əsas və ən şən bayramlardan biri olan "Holi"dən bir neçə gün əvvəl keçirilir.

"Latmar Holi" zamanı qadınlar kişiləri zopalarla döyürlər və bundan sonra qadın paltarı geyinmiş kişilər rəqs etməyə başlayırlar.

Daha sonra bayram iştirakçıları bir-birlərinin üzərinə boyalar atırlar.

Hinduist rəvayətlərinə görə, Krişna tanrısı Barsanada sevgilisi ilə görüşəndə ona sataşıb və qız da onu döyərək qovub.

Adının mənası "zopa və çiçək bayramı" olan "Latmar Holi" zamanı Nandaqaon kəndinin sakinləri Barsanaya yollanaraq qadınlara "sataşırlar". Qadınlar da kişiləri döyür, "əsir alır" və qadın paltarı geyinərək rəqsə vadar edirlər.

Daha sonra Barsanadakı qadınlar Nandqaonla yollanırlar. Burada kişilər "qisas" alaraq qadınların üzərinə boyalar atırlar.

Hindistanda Holi bayramı martın 1-də başlanacaq.

"Latmar Holi" və Holi bayramlarında istifadə olunan boyalar zəncəfil, sarıkök və kurkumadan hazırlanır.

Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO

Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO

Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO

Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO



27 fevral 2018
GO BACK