İngiltərənin şimal-qərbindəki Kambriyada, Rikerbidə yaşayan Eli Voqanın qəribə quzusu var.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Marli adlı 6 aylıq quzu özünü köpək hesab edir.
Labrador cinsindən olan Cess adlı köpəklə yanaşı böyüyən Marli həyətdə, küçədə-bacada it təki gəzintiyə çıxarılmağı, sonra da Cessin yanında yatmağı çox sevir.
Hava küləkli, soyuq və ya yağışlı olanda isə Marli çölə çıxmağı sevmir.
Vale-Bleknoz vadisindəki yerli qoyun cinsindən olan Marlinin sahibəsi Elinin dediyinə görə, quzunun it yox, qoyun olduğunu ona anlatmağa çalışır.
34 yaşlı Eli çətinlik çəksə də, buna nail olacağını düşünür.