Bir neçə gündən bəri Rusiyanın Sibir regionundan Avropa istiqamətində hərəkət edən aşağı təzyiqli hava kütlələri Avstriya ərazisində temperaturun kəskin düşməsinə səbəb olub. Avstriyalı sinoptiklər fevralın 25-dən 26-na keçən gecəni zarafatyana Avstriyada XXI əsrin ən soyuq gecəsi adlandırıblar. Alp dağlarında yerləşən Sonnblik metroloji stansiyasında civə sütunu son iyirmi ilin ən aşağı göstəricisini (-30,6 dərəcə) qeydə alıb.
Yaşayış məntəqələri içərisində isə ən aşağı temperatur İtaliya ilə həmsərhəd Karintiya əyalətindəki Flattnits qəsəbəsində (-25,4 dərəcə) müşahidə olunub.
Sinoptiklərin məlumatına görə, arktik hava şəraiti öz zirvə nöqtəsinə həftənin çərşənbə axşamı çatacaq. Həmin gün paytaxt Vyanada temperaturun -20 dərəcəyədək düşəcəyi, dağlıq ərazilərdə isə yeni rekordun qeydə alınacağı gözlənilir. (Azərtac)