Qadin.NET / Əfsanəvi reper sağdır?

Əfsanəvi reper sağdır?

 

Əfsanəvi reper sağdır?



 

Rep əfsanəsi Tupak Şakur ölümündən 22 il sonra Somalidə "görünüb".

Qadin.Net xarici mətbuata istinadla xəbər verir ki, məşhur reper Tupak Şakur cinayəti hələ də müəmmalı olaraq qalır.

Somali sakinlərindən biri Tupak Şakuru yaxın dostu Yaki Kadafi ilə birlikdə gördüyünü iddia edib. O, bildirib ki, reperlərin ikisi də sağdır.

Daily Star-ın məlumatına görə Suldaan Mahdi adlı şəxs "Mən bu gün Tupakı və Kadafini gördüm. Onlar sağdırlar", - deyə sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, Tupak Şakur 1996-cı ilin sentyabr ayının 7-də axşam saatlarında məşhur boksçu Mayk Taysonun döyüşündən qayıdarkən şəxsi avtomobilində naməlum şəxslər tərəfindən güllələnib. Sinəsindən 4 güllə yarası alan reper 6 gün sonra xəstəxanada ölüb. Onun ölümünə görə saxlanılan olmayıb.

Deyilənlərə görə, o, illuminati-yə qarşı çıxdığına görə güllələnib.

27 fevral 2018
GO BACK