Qadin.NET / Qeyri-adi bacarığı olan uşaq - Azərbaycanda

Qeyri-adi bacarığı olan uşaq - Azərbaycanda

Qeyri-adi bacarığı olan uşaq - Azərbaycanda


10 yaşlı Aysu Hacıyeva qeyri-adi bacarığı ilə həmyaşıdlarından fərqlənir. O, 4 dildə istənilən mürəkkəb cümləni tərsinə səsləndirir.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Şirvanda yaşayan və əslən Zəngilan rayonundan olan Aysu Hacıyeva 4-cü sinif şagirdidir. Onun bu qeyri-adi bacarığı bir çoxlarının təəccübünə səbəb olub.

Valideynləri deyir ki, uşagın istetadını yeni kəşf ediblər. Bir neçə gün əvvəl uşaq məktəbdən qayıdanda özündən asılı olmayaraq cümlələri tərsinə deyib.

İstedadlı uşaq təkcə azərbaycan dilində yox başqa dillərdə bacarıgını göstərir. 10 yaşlı Aysu Azərbaycan dili ilə yanaşı rus, türk, və ingilis dilində səsləndirilən cümlələri əksinə çevirə bilir.

İndi valideynləri onun bacarığını başqa dillərdə də yoxlamaq istəyirlər.

26 fevral 2018
GO BACK