Qadin.NET / Sabah Bakının bu hissəsində içməli su olmayacaq

Sabah Bakının bu hissəsində içməli su olmayacaq

Sabah Bakının bu hissəsində içməli su olmayacaq


Bakının Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Qadin.Net bildirir ki, bu barədə trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır: "Bu məqsədlə fevralın 22-si saat 23:00-dan 23 fevral saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq".

22 fevral 2018
GO BACK