"Facebook" sosial şəbəkəsi istifadəçilərə öz xəbər lentində 3D postlar dərc etmək imkanı verən "gITF 2.0" formatını dəstəkləməyə başlayıb.
Bu yenilik sayəsində sosial şəbəkədə yerləşdirilən 3D obyektləri hər tərəfdən müşahidə etmək mümkün olacaq.
Qeyd olunur ki, artıq "Facebook"da LEGO-nun məhsulu olan tutuquşu, "Yura dövrü parkı" filmindən dinozavrı və digər obyektləri 3D formatda müşahidə etmək olar.Gələcəkdə 3D postların daha da çoxalması üçün "Facebook" digər şirkətlərlə əməkdaşlığa başlayacaq. (trend)