Hu Syaosanı "Kobra kraliçası" adlandırırlar. Səbəb 32 yaşlı bu qadının 1000 kobra ilə birlikdə yaşamasıdır.
Qadin.Net bildirir ki, Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çinin Çunsin vilayətində yaşayan Hunun ilan bəsləmə və yetişdirmə ferması var.
"Hər səhər ilanların otaqlarını təmizləyirəm, havanı dəyişirəm. İlanların qoyduqları dəriləri satıram, onların zəhərlərindən "ilan şərabı" hazırlayıram", - Hu deyib.
Onun sözlərinə görə, həddən artıq təhlükəli və çox zəhərli ilan olan kobralarla davranış zamanı ehtiyatlı olmağa çalışır.