Zaqatalanın sakini Sədi Abdullayevin qəribə sənəti, görənləri təəccübləndirir.
Qadin.Net bildirir ki, Milli.Az ARB Şəki-yə istinadla bildirir ki, onun adi qarğıdalı qabığından hazırladığı suvenirlər yerli sakinlərlə yanaşı, rayona gələn qonaqların da diqqətini cəlb edir.
67 yaşlı Sədi Abdullayev 10 ildir qarğıdalı yetişdikdən sonra onun üst qabığını yığaraq səbət, güldan, çörək qabı, ayaqqabı, papaq kimi müxtəlif məişət əşyaları toxuyur.
Qəsəbədə yaşayan azsaylı xalqlardan olan ingiloyların nümayəndəsi Sədi usta bu peşənin sirlərini yaşlı bir qadından öyrənib.
Usta deyir ki, toxuduğu əşyaları satmaq üçün bazara çıxmağa etiyac qalmır. Ərsəyə gətirdiyi əl işlərini qonşu rayonlardan, Bakıdan, hətta Rusiyada yaşayan həmvətənlərimizdən belə alıb aparanlar var.
Sədi usta əl işləri üçün heç vaxt qiymət mübahisəsi etmədiyini deyir. Müştərilər nə versələr, qane olur. İşin həcmindən və çətinliyindən asılı olaraq suvenirlərin qiyməti 10-50 manat arasında dəyişir.