Qadin.NET / Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO


Çexiyanın paytaxtı Praqada yaşayan 18 yaşlı Qabriela Jirakova nəyin bahasına olursa-olsun, Barbi kuklasına bənzəməyə çalışır.

Qadin.Net bildirir ki, Milli.Az European-a istinadən bildirir ki, o, zahirən Barbiyə tam bənzəmək üçün hər ay təxminən 1200 avro məbləğində pulu plastik cərrahiyyə əməliyyatlarına sərf edir.

Pulları Qabrielanın valideynləri verirlər.

Qabriela saçlarının uzunluğunu artırır, dodaqlarına və bədəninin müxtəlif əzalarına silikonlar qoydurur, permanent makiyaj edir.

Bu yaxınlarda isə o, sinəsinin ölçüsünü artırmaq üçün cərrahiyyə əməliyyatına məruz qalıb.

16 yaşı olanda "dəyişikliklər"ə başladığını deyən Qabrielanın sözlərinə görə, sinə ölçülərini böyütmək üçün əməliyyata 4500 dollar sərf edib.

"Pulları atamla anam verir. Barbiyə bənzəmək, Barbi olmaq istəyirəm. Arzumun reallaşmasına çalışıram. 300 Barbi kuklasından ibarət kolleksiyam da var. Yaşamım da asan deyil. Makiyaj və vizaja hər gün ən azı 3,5 saat sərf edirəm. O ki qaldı təbii gözəlliyə - buna inanmıram. İndiki dünyada təbii gözəllik qalmayıb", - Qabriela söyləyib.

18 yaşlı Qabrielanın anası, 53 yaşlı Romana Jirakovanın dediyinə görə, qızının istəyinə normal baxır.

Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO

Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO


21 fevral 2018
GO BACK