Qadin.NET / Kraliça moda şousuna qatıldı - FOTO

Kraliça moda şousuna qatıldı - FOTO

Böyük Britaniyanın kraliçası, 91 yaşlı 2-ci Yelizaveta Londonda keçirilən "London Fashion Week" moda şousu çərçivəsində "Richard Quinn" brendinin yeni kolleksiyasının təqdimatına qatılıb.

Qadin.Net bildirir ki, Milli.Az The Guardian-a istinadən bildirir ki, ilk sırada oturmuş kraliçanın solunda "Vogue US" jurnalının baş redaktoru Anna Vintur, sağında isə Britaniya Moda Şurasının (British Fashion Council) rəhbəri Kerolayn Raş əyləşmişdilər.

A.Vintur "Alexander McQueen" brendinin əsəri olan 8 min dollarlıq donda idi.

A.Vintur etiketi pozub və kraliçanın yanında oturmasına rəğmən, gün eynəyində olub.

Vintur, ümumiyyətlə, tədbirlərdə həmişə gün eynəyində olur. Onun dediyinə görə, bu eynək ona darıxdığını gizlətməyə kömək edir.

2-ci Yelizaveta sevimli dizayneri Ancela Kellinin əsəri olan mavi paltarda idi.

Şounun sonunda kraliça 27 yaşlı Riçard Kuinnə "Britaniya modasında ən yaxşı debüt" mükaafatını təqdim edib.

Kraliça moda şousuna qatıldı - FOTO

Kraliça moda şousuna qatıldı - FOTO

Kraliça moda şousuna qatıldı - FOTO

Kraliça moda şousuna qatıldı - FOTO


21 fevral 2018
GO BACK