Qadin.NET / WhatsApp-da daha bir yenilik

WhatsApp-da daha bir yenilik

WhatsApp-da daha bir yenilik


"WhatsApp" messencerində mesajları yadda saxlamaq üsulu tapılıb: sitatlardan istifadə etməklə yazışmanı yadda saxlamaq mümkündür.

Qadin.Net bildirir ki,  Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən messencer bir neçə ay bundan əvvəl istifadəçilərə mesajları silmək imkanı təqdim edib. Lakin mesajı yadda saxlamaq üçün sitat gətirmək və ya mesaja birbaşa cavab vermək lazımdır.

"WhatsApp" administrasiyası təlimatda qeyd edir ki, mesajlar göndərildikdən sonra onları yalnız 7 dəqiqə ərzində silmək olar. Ancaq dırnaq işarəsindən istifadə və ya cavab funksiyasının köməyi ilə mesajın yadda saxlanılması müddətini uzatmaq xüsusiyyəti haqda məlumat verilməyib.

Həm qrup, həm də şəxsi çatlarda sitat gətirilən mesajlar silindikdən sonra belə görsənməyə davam edir.

20 fevral 2018
GO BACK