Qadin.NET / “Bəxt üzüyü 2”filminin imza günü keçirildi-FOTO

“Bəxt üzüyü 2”filminin imza günü keçirildi-FOTO

“Bəxt üzüyü 2”filminin imza günü keçirildi-FOTO


Yerli kinoteatrlarımızda izləmə rekordu qıran “Bəxt üzüyü 2” filminin əsas qəhrəmanları kinosevərlərlə görüşüb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, imza günü Park Bulvar AVM-in Park Cinema kinoteatrında baş tutub. Tədbirdə filmin baş prodüserləri eləcə də yeni obrazları, Əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları ilə yanaşı hələ 27 il öncə yaratdıqları “Söylü” və “Moşu” obrazları ilə “Bəxt üzüyü” filminin möhürünü vuran, Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov da iştirak edib.Aktyorlarla görüşdə əsl izdiham yaşanıb. Tamaşaçılar “Söylü”, “Moşu”, “Xoşbəxt” və “Fedot” xarakterlərindən imza almaq üçün növbə gözləyib, xatirə şəkilləri də çəkdiriblər.Elə film qədər də maraqla qarşılanan imza gününə A. Bəşirqızının qatılması tamaşaçılar üçün ikiqat sevincə çevrilib. Hər kəs saysız-hesabsız obrazların müəllifi, unudulmaz Bəşir Səfəroğlunun xatirəsi olan Afaq xanımı yaxından görmək və sevgisini çatdırmaq istəyib.Tədbirin davamında tamaşaçılar qəhrəmanlarla birgə “Bəxt üzüyü 2” filmini izləyib.Anşlaq yaşanan seansda aktyorlar ayaqüstə alqışlanıb.Xatırladaq ki, qarşıda “Bəxt üzüyü 2” filminin növbəti imza günləri keçiriləcək. Belə ki, 24 fevral saat 17:00-da Metro Park TM-nin Park Cinema Kinoteatrında və 3 mart saat 13:00-da Quba Asan Həyat Kompleksində yerləşən kinoteatrında əsas qəhrəmanlarla birgə filmi izləmək imkanı olacaq.Qeyd edək ki, “Planet Parni iz Baku” komandasının ərsəyə gətirdiyi “Bəxt üzüyü 2” filmi xalq şairi Vagif Səmədoğlunun 80 illik yubileyinə həsr edilib. Ekran işində həmçinin xalq artisti Rəfael Dadaşov, əməkdar artist Bəhram Bağırzadə, müğənni Firəngiz Rəhimbəyova, aparıcı Fariz İlyasov, aktyorlar Duyğu Dəvəli və Emil Musayev də rol alıb. Filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, icraçı prodüseri Mirsalam Mirsalamovdur.

“Bəxt üzüyü 2”filminin imza günü keçirildi-FOTO



19 fevral 2018
GO BACK