Dünyanın tanınmış modellərinin iştirakı ilə Türkiyənin ən böyük moda festivalına təşkilatçılıq edən “Dosso Dossi Fashion Show” bu dəfə Azərbaycanda moda festivalı keçirəcək.
Qadin.Net publika.az-a istinadn xəbər verir ki, tədbirin martın 1-3-də Bakı Ekspo Mərkəzdə təşkili nəzərdə tutulur.
Dəfilədə Türkiyənin 40 şirkətinin məşhur modelləri türk dizaynerlərinin 2018-ci ilin yaz-yay geyimlərini nümayiş etdirəcəklər.
Dəfilədən sonra konsert təqdim ediləcək.
"Dossa Dossi Fashion Show" holdinqin idarə heyətinin sədri Hikmət Eraslan ölkədən kənarda ilk tədbirin qardaş Azərbaycanda keçirilməsindən məmnunuq hissi duyduğunu deyib.