Qadin.NET / Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır

Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır


Yaponiya Nazirlər Kabineti pensiya yaşı ilə əlaqədar yeni proqram təsdiqləyib. Proqrama əsasən, vətəndaşlar 70 yaşdan sonra pensiyaya çıxa bilərlər. Layihə səsə qoyulması üçün parlamentə göndərilib.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, əgər parlament layihəni təsdiqləyən qərar qəbul etsə, qanun 2020-ci ildən etibarən qüvvəyə minəcək.

Yaponiyadakı mövcud qanunvericilikdə pensiyaya çıxma yaşı 65-dir. Hökumət pensiya yaşının artırılmasını zəruri addım kimi qiymətləndirilib. Səbəb isə Yaponiyada işçi qüvvəsinin çatışmazlığıdır.

18 fevral 2018
GO BACK