Qadin.NET / Bakı sakinindən maraqlı ixtira

Bakı sakinindən maraqlı ixtira

Bakı sakinindən maraqlı ixtira


Neftdən, rezin, kauçuk plastik maddələr alındığını yəqin ki bir çoxumuz bilirik. Bəs əksini necə? Məsələn təkərdən kauçukdan neft almaq olarmı? Maraqlısı budur ki, paytaxt sakini kustar üsulla düzəltdiyi avadanlıq vasitəsi ilə plastik tullantılarından neft əldə edir. Hətta həmin neftdən digər bir avadanlıq vasitəsi ilə həm benzin , həm də dizel yanacağı əldə edə bilir.

Qadin.Net Milli.Az  -a istinadən bildirir ki, işlənmiş təkər, plastik qablar və sellofanlar. Paytaxt sakini Ramin İsmayılov bu tullantılardan neft və qaz ala bilən xüsusi avandlıq hazırlayıb.

Neftin alınması üçün tullantılar sobanın içinə yığılır, qapağı möhkəm şəkildə bağlanılır və altı yandırılır. Daha sonra həmin tullantılar buxar halında borulara dolur.

1 saata yaxın çəkən bu prosesdən sonra xüsusi çəndə toplanan nefti götürmək olur.

Bu üsulla 100 kq tullantıdan 75 litrə kimi neft almaq mümkündür.Eyni üsullu işləyən digər avadanlıq isə nefti dizel və benzin yanacağına çevirməyə imkan verir.

Ramin İsmayılov bu üsulla hər iki növ yanacağıda əldə edə bilir. Onun sözlərinə görə bu yanacaqları müxtəlif sahələrdə istifadə etmək olar.

Avadanlıqı hazırlayanın sözlərinə ggörə hətta benzin yanacağınıda süzgəcdən keçirib oktan ədədini öyrəndikdən sonra həttə minik avtomobillərində də istifadə etmək olar. Ramin İsmayılovun əsas istəyi maliyə dəstəyi taparaq bu avadanlıqın daha böyük və təkmil formasını hazırlamaqdır.

18 fevral 2018
GO BACK