İllərdir balıqçılıqla məşğul olan Sabirabadın Moranlı kənd sakini Zaur Məmmədovun balıqçı tilovuna bu səfər qeyri-adi balıq düşüb. Bu balıq, necə deyərlər balıqdan çox, ilana bənzəyir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, həm üzə bilir, həm də quruda sürünür. Bu qeyri-adi balıq görənlərin təəccübünə səbəb olub.
Sabirabad rayonunun Moranlı kəndində uzun illərdir balıqçılıqla məşğul olan Zaur Məmmədovun tilovuna bu dəfə onun özünün də marağını çəkən balıq düşüb. Çünki bu, balıqdan çox ilana bənzəyir.
Qeyri-adi görünüşü ilə hər kəsi heyrətləndirən bu balıq suda üzməklə yanaşı, həm də ilan kimi quruda sürünür. Görünüşü ilə ilanbalığına oxşasa da, quruda hərəkət etməsi onun ilanbalığından çox, ilana bənzədiyini göstərir..
Kənd sakinləri balığın növünü müəyyənləşdirmək üçün zoologiyaya dair kitabları araşdıraraq həmin balığın adını da tapıblar.. Məlum olub ki, naməlum görünüşə malik olan bu sürünən balığın adı "angevilla"dır və əsasən okean sularında yaşayır.
Məsələ ilə bağlı Zoologiya İnstitutundan Xəzər Xəbər-ə bildirdilər ki, bu balıq dünyada özünəməxsus ləzzətli dadı ilə seçilən çay angeviliyasıdır. Bu balıqlar Xəzər dənizinə əsasən Volqa kanalı açılandan sonra gəlməyə başlayıblar.