Fitneslə məşğul olan 93 yaşlı qadının görüntüləri sosial şəbəkədə müzakirə mövzusu olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, idman zalında oturduğu yerdə məşqçinin hərəkətlərini təkrar edib, əylənən qadının görüntüləri marağa səbəb olub.
“Anam 93 yaşlı qadına fitnes dərsi keçir. O stulda əyləşib, məşqçinin hərəkətlərini təkrar edir və əylənir”- deyə, videogörüntüləri sosial şəbəkədə yayan qız qeyd edib.
İki gün ərzində videoya 7 milyondan çox insan baxıb, 384 min layk toplayıb. Videogörüntülərə gələn şərhlərdə hər kəs qadına necə heyran olduğunu yazıb. Hətta qadının onlardan daha yaxşı məşq etdiyini vurğulayıb.