Qadin.NET / Atdığı iki qutu ziblə görə 100min funt cərimə olunub-FOTO

Atdığı iki qutu ziblə görə 100min funt cərimə olunub-FOTO

"Cəmi iki karton qutudakı zibilə görə 100 min funt-sterlinq məbləğində cərimə ilə hədələnmək realdırmı? Bəli, realdır, çünki şəhər şurasında mənə belə dedilər".

İki uşaq anası, 39 yaşlı Elis Briqss belə deyir.

Qadin.Net bildirir ki Milli.Az Daiyl Mail-ə istinadən bildirir ki, əri Çarli və iki övladı ilə İngiltərənin Şərqi Sasseks qraflığındakı Houv şəhərində yaşayan, "Alison Mapletoft" adlı kiçik şirkətin sahibəsi olan Elis şokdadır.

Hər halda onun özü düşdüyü durumu belə səciyyələndirir.

Elis Briqqsin dediyinə görə, döşəkçə və adyallar toxuyub satan kiçik şirkəti var. Şirkət də ofisin qarşısındakı zibil konteynerlərinə ayda ən uzağı iki karton qutuda zibil atır.

Houvun Şəhər Şurasının kommunal xidməti də Briqqsi "şirkətdən konteynerə yanlış atılan zibil"ə görə 600 funt məbləğində cərimələyib və bu cəriməni ödənməsinə 7 gün vaxt verib.

"Dedilər ki, vaxtında ödəniş etməsəm, cərimənin məbləti 100 min funta qədər arta bilər. Ya da həbs oluna bilərəm", - Elis Briqqs deyib.

Hədə-qorxudan stress keçirən Elis Briqss işdən qalıb, psixoloq yardımına müraciət edib.

Dünən o, şəhər şurasını məhkəməyə verib.


Atdığı iki qutu ziblə görə 100min funt cərimə olunub-FOTO

Atdığı iki qutu ziblə görə 100min funt cərimə olunub-FOTO


17 fevral 2018
GO BACK