Qadin.NET / Telefonunuzda bu simvolu görsəniz açmayın

Telefonunuzda bu simvolu görsəniz açmayın

Telefonunuzda bu simvolu görsəniz açmayın


"Apple"ın bəzi cihazlarını istifadə edənlər son dövrdə Hindistandan gələn bir mesajla çətin anlar keçirir.

Qadin.Net Day.az-a istinadən xəbər verir ki, buna səbəb Hindistanda 70 milyon insanın "teluqu" dilində istifadə etdiyi bir simvolun kompüter və ağıllı telefonları çökdürməsi olub.

"Apple" iOS 11.2.5 və ya macOS işlədən cihazlarda baş verən səhv "Apple"ın mesajlaşma sistemi "iMessages", "Whatsapp", "Facebook Messenger", "Gmail" və "Outlook for iOS" kimi proqramları çökdürüb və sistemlər davamlı olaraq "error" verib.

Alt strukturun simvola uyğun olmaması səbəbi ilə tətbiqlərin öz-özünə bağlandığını bildirən texnologiya mütəxəssisləri, "Əgər bu mesajı görsəniz, silin" deyərək xəbərdarlıq edib.

"Apple"ın bu problemi iOS 11.3 yenilənməsi ilə ortadan qaldıracağı bildirilib.

16 fevral 2018
GO BACK