Müğənni Nilufər xəstəxanaya yerləşdirilib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, baş ağrısından əziyyət çəkən və nəfəs yolları tutulan sənətçi əməliyyat olunub. 63 yaşlı Nilufərin vəziyyəti normaldır. İllərdir böyük problemlər yaşadığını bildirən müğənni əməliyyatdan qorxduğu üçün onu gecikdirdiyini bildirib:
"İllərdir bu qorxum üzündən əməliyyatımı gecikdirdim. Ancaq səhhətim risk altına düşdüyündən razılıq verdim".