Qadin.NET / Azərbaycan səhiyyəsində YENİLİK

Azərbaycan səhiyyəsində YENİLİK

Azərbaycan səhiyyəsində YENİLİK


Yenidoğulan bəzi uşaqlarda bir müddət keçəndən sonra anadangəlmə müxtəlif xəstəliklər ortaya çıxır. Bu xəstəliklərin sonradan qarşısını alamaq isə çətin olur.səhiyyə nazirlyi '' topuq daban testi'' adlanan metodun tətbiqinə hazırlaşır. Yeni doğulan uşaqların dabanından qan çəkiləcək.

Uşaqlarda yaranan anadangəlmə bir çox xəstəliklər erkən müəyyən ediləcək.

Qadin.Net Milli.Az  -a istinadən bildirir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatrı Nəsib Quliyevin sözlərinə görə,anadangəlmə xəstəliklərin erkən diaqnostikasını həyata keçirmək üçün neonatal skrinink proqramı hazırlanıb.Proqram iki mərhələdən ibarət olacaq.Birinci mərhələdə xəstəliklərin erkən diaqnozunun qoyulması məqsədilə pilot layihələrin hazırlanaraq Paytaxda tətbiq olunması və sonra ölkə üzrə geniş tətbiqinə başlanılması nəzərdə tutulub.

'' Topuq daban testi'' adlanan bu metod yeni doğulan uşaqların daban nahiyyəsindən qan çəkməklə həyata keçiriləcək.

Nəsib Quliyevin sözlərinə görə,proqramın tətbiqi üçün müəyyən avadanlıqların ölkəyə gətirilməsi üçün müzakirələr davam edir. "Topuq daban testi" adlandırılan sistem vasitəsilə yeni doğulmuş körpələrdə heç bir əlamət verməyən, lakin gec təsbit edildiyi üçün müalicəsi çətinləşən, qalıcı fəsadlar verən bir sıra anadangəlmə irsi xəstəlikləri müəyyən etmək mümkün olacaq.

Bu test yaxın illərdə dövlət tərəfindən pulsuz tətbiq olunacaq.

16 fevral 2018
GO BACK