Pakistanda 17-ci əsrdə yaşamış Pir Qaji Şahın pişiyinin şərəfinə türbə ucaldılıb.
Qadin.Net teleqraf-a istinadən bildirir ki, "Express Tribune" qəzetinin verdiyi məlumata görə, türbə ölkənin cənubunda Sind əyalətində Dadu şəhəri yaxınlığında inşa edilib.
Türbənin nəzarətçisi Manzur Hüseyin Koso bölgənin dini lideri kimi qəbul edilən Şah eyni zamanda işğalçılara qarşı döyüşdüyünü bildirib.
"Qaji Şahı və ona yaxın olan hər şeyi çox sevirik. Amma bəzi insanlar cahillik edərək pişiyin qəbri önündə baş əyirlər.
Araşdırmaçı yazar Aziz Kinqrani Qaji Şahın dövrün hökmdarının əmri əsasında Sind ilə Bəllucistan əyalətləri arasındakı sərhədləri qoruyan bir komandir olduğunu bildirib.
Qaji Şah döyüşdə öldürülüb. Yerli əhali onu həm hərbi lider, həm də övliya kimi qəbul edir.