Türkiyədə inşaat şirkətlərindən biri aktrisa Bergüzar Korel və həyat yoldaşı Halit Ergençin oynadığı "Min bir gecə" serialından bir şəkli icazəsiz reklamlarında istifadə ediblər.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu səbəbdən həmin şirkət aktyorlar tərəfindən məhkəməyə verilib.
Hadisə 2008-ci ildə baş verib və əvvəlcə Bergüzarla Halit şirkətdən 500 min lirə tələb etsə də, sonradan proses uzandığı üçün məbləğ 1 milyona qaldırılıb.
Artıq qərar çıxarılıb və 10 ildən sonra tikinti şirkətinin zərərçəkmişlərə 1 milyon lirə ödənilməsi tələb olunub.