ABŞ-ın Georgia əyalətində yaşayan Essena Evans adlı qadının 5 yaşlı qızına qarşı etdiyi hərəkət hər kəsin dilinə düşüb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Essens 5 yaşlı qızından hər həftə kirayə pulu alır.
Bu barədə qadın öz "Facebook" səhifəsində yazıb:
"5 yaşlı qızıma hər həftə xərcləmək üçün 7 dollar verirəm. Amma ona başa salmışam ki, insanlar həyatda qazandığı pulun az hissəsini özləri üçün xərcləyir. Ona görə 5 dolları geri verməsini istəyirəm. 1 dollar kirayə, 1 dollar su, 1 dollar elektrik, 1 dollar kabelli televiziya, 1 dollar da yeməyi üçün. Yerdə qalan 2 dollara isə özünə nə istəyir ala bilər. Qızımın bilmədiyi bir şey var. Mən ondan aldığım 5 dolları onun adına açdığım hesaba köçürürəm və 18 yaşına çatanda həmin pulları ona verəcəyəm. O zaman qızımın 3.380 dolları olacaq, hətta evdən də gedə bilər. Bu strategiya övladınıza təkcə həyata dərslərini öyrətmir, eyni zamanda vaxtı gələndə sizə təşəkkür də edəcəklər".
Evansın bu statusu sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Bəziləri onu belə addım atmaqda alqışlasalar da, bir çoxları qadının hərəkətini az yaşlı övladını istismar etməkdə günahlandırıblar.