Qadin.NET / Facebook-da şərhlərdən şikayət olacaq

Facebook-da şərhlərdən şikayət olacaq

Facebook-da şərhlərdən şikayət olacaq


"Facebook" sosial şəbəkəsi istifadəçilərə bu və ya digər şərhdən  moderatorlara şikayət etməyə imkan verən "downvote" düyməsini sınaqdan keçirməyə başlayıb. Yeni düymənin sınaqdan keçirilməsini əks etdirən ekran görüntüləri ilk öncə "Twitter"də peyda olub, daha sonra "Facebook"un nümayəndəsi "The Verge" nəşrinə bu informasiyanı təsdiq edib.

Qadin.Net bildirir ki, Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda yeni funksiya ABŞ-dan olan "Facebook" istifadəçiləri arasında sınaqdan keçirilir. "Downvote" düyməsinə sıxdıqda sosial şəbəkə istifadəçi üçün şərhi gizlədir, bundan sonra ondan şərhin təhqir xarakterli, yanlış, yaxud müzakirə edilən mövzu ilə bağlı olub-olmadığını dəqiqləşdirməyi təklif edir. Bu halda şərhlərin altında yeni düymənin köməyi ilə edilmiş şikayətlərin sayı göstərilmir. Şirkətdən bildirilib ki, bu, "dislike" düyməsinin analoqu deyil, əks əlaqə sistemidir.

13 fevral 2018
GO BACK