Qadin.NET / Çinlilər “iPhone X”in tam oxşarını yaratdı

Çinlilər “iPhone X”in tam oxşarını yaratdı

Çinlilər “iPhone X”in tam oxşarını yaratdı


Çində "iPhone X" flaqman smartfonlarının bu günə qədər bütün bazarda mövcud olan ən dəqiq oxşarının satışlarına başlanılıb.

Qadin.Net lent.az-a istinadən xəbər verir ki, yeni "OWWO X" əsl "Apple"i 99 faizdən çox təkrarlayır. Ən kiçik hissəsi isə onun əməliyyat sistemidir ki, onu da təkrarlamaq mümkün deyil.

Ümumilikdə smartfon 5,7 düym həcmli "Full HD+" displeyi ilə təchiz edilib. Cihazın keyfiyyətli işləməsinə isə 2,5 Ghz tezlikli 10 nüvəlik "MediaTek" prosessoru məsuliyyət daşıyır.

Bundan başqa, yenilik möhtəşəm 16 meqapiksel gücündə kameraya malikdir. Onun 3180 mA/saat gücündə akkumulyatoru mövcuddur. "OWWO X" smartfonunun qiyməti isə təxminən 380 manat təşkil edir.

13 fevral 2018
GO BACK