Qadin.NET / Xəzərdə "süd qasırğası" - Alimlər araşdırmaya başladı - YENİLƏNİB

Xəzərdə "süd qasırğası" - Alimlər araşdırmaya başladı - YENİLƏNİB

Xəzərdə "süd qasırğası" - Alimlər araşdırmaya başladı - YENİLƏNİB


NASA Xəzər dənizində süd qasırğası adlı anomal prosesin baş verdiyini açıqlayıb. Belə ki, Amerikanın Milli Kosmik Agentliyi dənizin dibindəki çöküntülərin üzə çıxdığını bildirib. Yerli ekologiya ekspertləri bu prosesin fəsadlarından danışıblar.

NASA Xəzərdə anomal proses sayılan "süd qasirğasi"nin fotoşəklini dərc edib. Şəkil yanvarin 9-da "Terra" kosmik aparati ilə çəkilib. nasa-nin məlumatinda qeyd olunur ki, qasırğa zamanı külək suyu səthdən qarişdirir və dənizin dibindəki çöküntüləri üzə qaldirir.

Ekoloq Telman Zeynalov bildirir ki, hadisə əgər tam təsdiqini taparsa bu o deməkdir ki, yaxın bir neçə ildə Azərbaycanda havaların kəskin soyuması baş verə bilər.

NASA açıqlayıb ki, bu anomal proses baliqçiliğa mənfi təsir göstərə bilər. Çünki, balıqlar suyun dərin qatlarına enəcəklər. Telman Zeynalov isə bildirir ki, əksinə bu hadisə balıqların çoxalmasına səbəb olacaq.

NASA açıqlayıb ki, peyk təsvirləri dənizlərdə monitorinq üçün əsas üsuldur. Bu yolla Kosmik Agentlik istənilən ölkənin dənizi və su ehtiyyatları barədə proqnoz verə bilir.

12 fevral 2018
GO BACK