Qadin.NET / “WhatsApp”dan daha bir unikal yenilik

“WhatsApp”dan daha bir unikal yenilik

“WhatsApp”dan daha bir unikal yenilik


“WhatsApp” messencerində pulköçürmə sisteminin tətbiqinə başlanılır.

Şirkət artıq Hindistanda ödəniş sistemini sınaqdan keçirir. Funksiyadan istifadə etmək üçün SMS kod vasitəsilə telefon nömrəsini təsdiqləmək və hesab açılmış bankı seçmək lazımdır.

Pulköçürmə sistemi “Unified Payments Interface” (UPI) interfeysinə əsaslanır. İstifadəçilər bir-birinə pulu birbaşa messencerdə komissiyasız göndərə biləcəklər.

İlkin mərhələdə messencer yalnız istifadəçilər arasında ödənişləri dəstəkləyəcək. Gələcəkdə şirkət messencerə Çinin “WeChat” messencerində olduğu kimi müxtəlif xidmətlərin ödənişini əlavə edə bilər.

11 fevral 2018
GO BACK